Bakı. Trend:
Kiyev və Berlin Ukraynada pilotsuz uçan aparatların istehsalına sərmayə yatırılması ilə bağlı razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Berlində Almaniya kansleri Fridrix Mertslə keçirdiyi görüşdən sonra keçirilən mətbuat konfransında açıqlama verib.
“Bütün təfərrüatları açıqlaya bilmərik, lakin bu gün Ukraynada istehsala sərmayə qoyuluşu ilə bağlı razılıq əldə olunub”, – deyə Zelenski bildirib.
O, bu razılaşmanın ilk növbədə pilotsuz təyyarələrin istehsalını əhatə etdiyini vurğulayıb.
Almaniya kansleri Fridrix Merts isə Zelenski ilə görüş zamanı bildirib ki, Almaniya Ukraynaya uzaqmənzilli silahların hazırlanması sahəsində də dəstək göstərəcək.