...

Slovakiya hökuməti ovlanmış ayıların ətini restoran və mağazalara verməyə başlayacaq

Dünya xəbərləri Materials 29 May 2025 02:05 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya hökuməti qonur ayıların sayını azaltmaq məqsədilə ovlanan ayıların ətini restoranlara və pərakəndə satış şəbəkələrinə təhvil vermək qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə Slovakiyanın Ətraf Mühit Nazirliyinin dövlət katibi Filip Kuffa məlumat verib.

Rəsmilərin sözlərinə görə, son vaxtlar ayıların insanlara hücum halları artdığı üçün onların sayının təxminən 1300-dən 1000-ə endirilməsi planlaşdırılır. “Biz sanitar normalara cavab verən hər bir tutulan ayını istehlak üçün təhvil verəcəyik”, – deyə Kuffa bildirib. O, əlavə edib ki, “ayı ətini yemək olar”.

Ancaq bu qərar ölkədə mübahisələrə səbəb olub. Avropa Parlamentində Slovakiyanı təmsil edən müxalif deputat Martin Hoysik Ekologiya Nazirliyini “qəssab dükanına” çevrilməkdə ittiham edərək bu addımı “həm faciəli, həm də utancverici” adlandırıb.

Qeyd edək ki, ayı ətində insanlar üçün təhlükəli olan trixinella parazitlərinin sürfələri ola bilər. Bu parazitlərin yoluxdurduğu trixinellyoz xəstəliyi insanlarda ağır keçə, uzun müddət davam edə və bəzi hallarda ölümə səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti