Bakı. Trend:
ABŞ-nin texnologiya nəhəngi "Apple" əməliyyat sistemlərinin adlandırılmasında dəyişiklik etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər yayıb.
Bildirilir ki, smartfonlar üçün nəzərdə tutulan "iOS" əməliyyat sisteminin növbəti versiyası əvvəlcədən gözlənilən "iOS 18" deyil, "iOS 26" adlandırılacaq. Bu dəyişiklik yalnız mobil telefonlara deyil, həmçinin kompüterlər, planşetlər, ağıllı saatlar və televizor cihazları üçün nəzərdə tutulan digər sistemlərə də şamil olunacaq.
Şirkət bu addımı adların unifikasiyasını təmin etmək və istifadəçilər ilə proqram tərtibatçıları arasında çaşqınlığın qarşısını almaq məqsədilə atır. Bununla yanaşı, "iPad" üçün olan əməliyyat sisteminin də təkmilləşdirilərək ofis işləri üçün daha əlverişli hala gətirilməsi planlaşdırılır.