Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı Ukrayna böhranının həllinə yönəlmiş istənilən təşəbbüsü dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik iyunun 2-də İstanbulda Rusiya və Ukrayna arasında birbaşa danışıqların aparılacağı ilə bağlı yayılan məlumatları şərh edərkən brifinq zamanı bildirib.
“Düşünürəm ki, biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq münaqişənin sona çatmasına gətirib çıxaran istənilən səyləri alqışlayırıq”, – deyə o qeyd edib.