...

İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 29 May 2025 03:25 (UTC +04:00)
İranın cənubunda 5,2 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 158 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə hər hansı məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti