Bakı. Trend:
Çinin kosmik texnologiya şirkəti "Space Epoch" ötən il dünya üzrə sürətli məhsul çatdırılması üçün "Alibaba Group Holding" şəbəkəsi ilə bağladığı əməkdaşlıq çərçivəsində 29 may tarixində "YXZ-1" daşıyıcı raketinin ilk sınağını uğurla həyata keçirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, sınaq zamanı raket 2.5 kilometr yüksəklik qazanaraq, daha sonra okeana eniş edib. Uçuşun ümumi müddəti 125 saniyə davam edib.
Məlumata görə, "YXZ-1" daşıyıcı raketinin gövdəsi paslanmayan poladdan hazırlanıb və çoxistifadəli mühərriklərlə təchiz olunub.
Raketin yük bölməsi 10 ton tutuma malikdir, həcmi 120 kubmetr, diametri isə 4.2 metrdir. Bu texniki göstəricilər sayəsində raket yalnız kiçikhəcmli yükləri deyil, eyni zamanda avtomobilləri də daşıya biləcək.