Bakı. Trend:
Avropa İttifaqı ölkələri təyyarənin gecikməsi zamanı sərnişinlərə verilən təzminatın azaldılması barədə razılığa gəlib. İndi məsələyə Avropa Parlamenti münasibət bildirməlidir.
Trend xəbər verir ki, hazırda 4 saatdan gecikməyə görə sərnişin 600 avro kompensasiya ala bilər.
Bu qayda 20 il əvvəl qəbul edilib.
Yeni təklif edilən qaydaya əsasən, 3500 kilometrədək uçuşlarda 4 saatdan artıq müddətə gecikmə zamanı sərnişinə 300 avro təzminat ödəniləcək. Daha uzun reyslərdə ödəniləcək maksimum məbləğ 500 avronu ötməyəcək.