Bakı.Trend:
Ermənistanın Kotay vilayətinin Ərzni kəndində yerləşən mehmanxanada odlu silahdan istifadə ilə müşayiət olunan qarşıdurma yaşanıb.
Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
İnsident ötən gecə “Avenue Arzni” adlı hotelin ərazisində baş verib. Bir nəfərin güllə yarası ilə xəstəxanaya yerləşdirildiyi, bundan başqa, iki nəfərin fiziki zorakılığa məruz qaldığı deyilir.
Hadisənin təfərrüatı barədə məlumat verilmir.