Bakı. Trend:
Amerikalı iş adamı İlon Mask Rusiyadan raket almaq istəsə də, rədd cavabı alıb.
Trend xəbər verir ki, bu barədə onun atası, mühəndis və sahibkar Errol Mask danışıb.
"İlon Rusiyada idi, burada raket almağa çalışırdı. Hamımızın bildiyimiz kimi, ən yaxşı raketlər burada hazırlanır. Ona raket vermədilər. Onun zarafat etdiyini zənn etdilər", - ata Mask gülərək deyib.
Qeyd edək ki, Errol Mask "Gələcəyin Forumu 2050"də iştirak etmək üçün Rusiya paytaxtına gəlib. Forumun saytında o, məruzəçi kimi qeyd olunub.