...

Türkiyədə Böyükşəhər Bələdiyyə sədrinin ölümü ilə bağlı iki nəfər saxlanılıb

Dünya xəbərləri Materials 11 İyun 2025 13:05 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cərəyan vurması nəticəsində həyatını itirən Türkiyənin Manisa Böyükşəhər Bələdiyyəsinin başçısı Ferdi Zeyrekin ölümü ilə bağlı istintaq başladılıb.

Trend xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.

Qeyd edilib ki, Manisa Respublika Prokurorluğu tərəfindən başlanan istintaqa bir baş prokuror müavini və iki prokuror təyin olunub, bu günədək 12 nəfərin ifadəsi alınıb və iki nəfər saxlanılıb.

Bundan əlavə, istintaq elektrik və mühərrik mühəndislərindən ibarət ekspert heyəti tərəfindən də əhatəli şəkildə davam etdirilir.

Xatırladaq ki, bələdiyyə sədrini bir müddət əvvəl evinin hovuz bölməsində elektrik cərəyanı vurub. Xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilən Zeyrekin həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti