...

İran ərazisindən keçən dəhlizlərin təkmilləşdirilməsinin ölkə üçün böyük əhəmiyyəti var – Birinci vitse-prezident

Dünya xəbərləri Materials 11 İyun 2025 14:55 (UTC +04:00)
İran ərazisindən keçən dəhlizlərin təkmilləşdirilməsinin ölkə üçün böyük əhəmiyyəti var – Birinci vitse-prezident
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran ərazisindən keçən dəhlizlər çərçivəsində yol və dəmiryolların tikilməsi, təkmilləşdirilməsi və inkişaf etdirilməsinin ölkə üçün böyük əhəmiyyəti var.

Trend-in məlumatına görə, bunu İranın 1-ci vitse-prezidenti Məhəmməd Rza Arif ölkənin yol və şəhərsalma üzrə qurumlarının rəsmilərinin iştirakı ilə keçirilən iclasda deyib.

Onun sözlərinə görə, ölkə ərazisindən keçən dəhlizlər böyük əhəmiyyət kəsb edir. Bu dəhlizlər çərçivəsində yolların tikintisi və inkişaf etdirilməsi üzrə işlər tezliklə həyata keçirilməlidir. Halbuki bu işlər ötən illərdə həyata keçirilməli idi. Lakin müxtəlif səbəblərə görə, bu işlər hələ də tamamlanmayıb.

Arif bildirib ki, ötən illərdə bu dəhlizlər çərçivəsində işlərin tamamlanması və ondan əldə olunacaq gəlirlərə diqqət yetirilsəydi, hazırda ölkədə bir sıra çatışmazlıqları asanlıqla həll etmək mümkün olardı.

“İranın region ölkələri, Avrasiya İqtisadi İttifaqına üzv ölkəklər və digər ölkələrlə müsbət əlaqələrin inkişaf etdirilməsinin tərəfdarı olduğunu nəzərə alaraq, bürokratik işlərin azaldılması ilə dəhlizlər üzrə layihələr çərçivəsində işlər tezliklə icra olunmalıdır”, - deyə o qeyd edib.

İclasda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq beynəlxalq yükdaşıma bazarında daha çox paya sahib olmaq və yerli nəqliyyatın asanlaşdırılması məqsədilə Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində işlərin təkmilləşdirilməsi üçün yol, dəmiryol layihələrinə ehtiyac duyulan vəsait haqda məlumat verib.

İclasda ehtiyac duyulan vəsaitin təmin olunması məsələsi diqqət mərkəzində saxlanılıb.

Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.

Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.

Əlavə edək ki, İran Şərq-Qərb Beynəlxalq Dəhlizinin İrandan dəmiryolu keçməsi ilə yük tranzitinə önəm verir. Bu baxımdan İran təxminən 2 min km uzunluğunda olan və Çini-Avropa ölkələrinə birləşdirən Şərq-Qərb Beynəlxalq dəhlizinin bir parçası olmağa çalışır.

Xəbər lenti

Xəbər lenti