...

Bu ölkədə qanunsuz miqrantlara qarşı mübarizə gücləndirilib

Dünya xəbərləri Materials 11 İyun 2025 20:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanda ölkə ərazisində miqrasiya qanunvericiliyini pozaraq yaşayan şəxslərlə mübarizə məqsədilə xüsusi proqram həyata keçirilməyə başlanıb.

Trend xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) mətbuat xidməti məlumat yayıb.

“11 iyun tarixindən etibarən milli təhlükəsizlik orqanları tərəfindən "Qanunsuz-2025" adlı xüsusi əməliyyata start verilib”, – məlumatda bildirilir.

Mərkəzi Asiya ölkəsinin aidiyyəti qurumları tərəfindən təqdim olunmuş fotomateriallarda xüsusi xidmət orqanlarının onlarla qanunsuz miqrantı saxladığı əks olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti