Bakı. Trend:
Hindistanın əhalisi 1,5 milyard nəfərə yaxınlaşır.
Trend xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) yeni hesabatında deyilir.
“Hal-hazırda Hindistan dünyanın ən çox əhalisi olan ölkəsidir: onda 1,5 milyarda yaxın insan yaşayır”, hesabatda qeyd edilir.
Bu göstəricinin təxminən 1,7 milyarda çatacağı, daha sonra isə, təqribən 40 ildən sonra əhali sayında azalmanın başlanacağı gözlənilir.
Fond 1960-cı ildə Hindistan əhalisinin təxminən 436 milyon nəfər olduğunu xatırladıb. O dövrdə bir qadına orta hesabla altı uşaq düşürdü.