...

Fitso Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayacağı ilə hədələyib

Dünya xəbərləri Materials 11 İyun 2025 19:48 (UTC +04:00)
Fitso Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarını bloklayacağı ilə hədələyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya Respublikasının baş naziri Robert Fitso Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketini bloklayacağı ilə hədələyib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

O bildirib ki, əgər Aİ Rusiya enerji resurslarının tədarükünün tam ləğv edilməsi riskinin aradan qaldırılması üçün bir yol tapmasa, bu sanksiyalar dəstəklənməyəcək.

Siyasətçi qeyd edib ki, Rusiyadan neft, qaz və nüvə yanacağının tədarükünün tamamilə dayandırılması nəticəsində Slovakiyanın da üzləşə biləcəyi “böhran vəziyyətinə real həll” tapılmalıdır.

KİV-lər yazır ki, Slovakiyanın veto hüququ yeni sanksiyaların qəbulunu dayandıra bilər, çünki sanksiyalar paketinin təsdiqi Avropa İttifaqının 27 üzv dövlətinin yekdil razılığını tələb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti