...

Polşa Seymi Donald Tuskun hökumətinə etimad göstərib

Dünya xəbərləri Materials 11 İyun 2025 21:43 (UTC +04:00)
Polşa Seymi Donald Tuskun hökumətinə etimad göstərib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Seymi (parlamentin aşağı palatası) Baş nazir Donald Tuskun rəhbərlik etdiyi hökumətə etimad məsələsinə baxıb.

Trend-in RBK-ya istinadən verdiyi məlumata görə, bu prosedur təşəbbüsü birbaşa Tuskun özü irəli sürüb.

Buna səbəb müxalifətdə olan mühafizəkar "Hüquq və Ədalət" ("PiS") partiyasının dəstəklədiyi namizəd Karol Navrotskinin prezident seçkisinin ikinci turunda qələbə qazanması olub.

Səsvermənin nəticələrinə əsasən, Tusk hökuməti istefadan yayına bilib. Etimadın təsdiqlənməsi üçün sadə səs çoxluğu kifayət edirdi.

Sonda 240 deputat hökumətin lehinə, 210-u isə əleyhinə səs verib. Heç bir deputat bitərəf qalmayıb.

Xəbər lenti

Xəbər lenti