...

Şimali İrlandiyada baş verən iğtişaşlarda 6 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 11 İyun 2025 21:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali İrlandiyada ikinci gecə davam edən iğtişaşlar nəticəsində 17 polis əməkdaşı xəsarət alıb, 6 nəfər saxlanılıb.

Trend-in “Sky News”a istinadla verdiyi məlumata görə, bu barədə Şimali İrlandiya Polis Xidməti (PSNI) məlumat yayıb.

Məlumata əsasən, Ballimena şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları fişəng, Molotov kokteylləri və daşlarla hücuma məruz qalıblar.

Qeyri-sabitlik təkcə Ballimena ilə məhdudlaşmayıb. Belfast, Nyutaunabbi və Karrikferqus şəhərlərində də iğtişaşlar baş verib. Habelə Lisbern və Kolreyn bölgələrində etiraz aksiyaları keçirilib.

İğtişaşların əsas səbəbi kimi həftəsonu Ballimenada baş verdiyi iddia olunan cinsi zorakılıq hadisəsinə qarşı yaranmış narazılıqlar göstərilir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer məsələ ilə bağlı parlamentdə çıxış edərək baş verən zorakılığı qətiyyətlə qınayıb.

Xəbər lenti

Xəbər lenti