...

Cənubi Afrikada əlverişsiz hava şəraiti 49 nəfərin həyatına son qoyub

Dünya xəbərləri Materials 11 İyun 2025 23:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Afrikanı bürüyən əlverişsiz hava şəraiti son iki gündə azı 49 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə ən çox zərər çəkmiş Şərqi Keyp əyalətinin hökumət başçısı Lubabalo Oskar Mabuyane açıqlama verib. O, yerli SABC radiosuna müsahibəsində bildirib ki, iyunun 11-i günorta saatlarına olan məlumata əsasən, təkcə Şərqi Keyp əyalətində 49 nəfər həyatını itirib.

Ən ağır vəziyyət OR Tambo bələdiyyəsində qeydə alınıb. Həlak olanlar arasında körpüdən çaya düşən məktəb avtobusunda olan 4 şagird də var. Hazırda daha 4 tələbənin axtarışları davam etdirilir. Rəsmilər əvvəlcə 12 nəfərin öldüyünü açıqlamışdı, lakin son rəqəmlər faciənin miqyasını daha da artırıb.

Mabuyane ölümlərin əsas səbəblərinin güclü leysan, buz bağlamış yollarda baş verən sürüşmələr və qar uçqunları olduğunu bildirib. Ölkənin bir sıra magistral yolları təhlükə səbəbindən bağlanıb. Cənub və şərq bölgələri xüsusilə ağır zərbə alıb.

Cənubi Afrika Prezidenti Siril Ramafosa iyunun 11-də səhər saatlarında xalqa müraciət edərək əhalini bir-birinə yardım göstərməyə çağırıb.

Qeyd edək ki, iyunun 9-dan etibarən ölkəyə soyuq hava kütləsi daxil olub. Bəzi ərazilərdə gecə temperaturu 0°C-dən aşağı düşüb. Sinoptiklər xəbərdarlıq edirlər ki, bu qış son onilliyin ən sərt və təhlükəli mövsümlərindən biri ola bilər.

Xəbər lenti

Xəbər lenti