...

Tramp G7 sammitində bir sıra dünya liderləri ilə təkbətək görüşlər keçirəcək

Dünya xəbərləri Materials 11 İyun 2025 23:46 (UTC +04:00)
Tramp G7 sammitində bir sıra dünya liderləri ilə təkbətək görüşlər keçirəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Yeddilik Qrupu (G7) sammiti çərçivəsində bir sıra dünya liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, prezidentlə digər ölkə liderləri arasında “kifayət qədər çoxlu təkbətək görüşlər” nəzərdə tutulur.

Livitt konkret olaraq Ukrayna Prezidenti Vladimir Zelenski, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Meksikanın yeni seçilmiş prezidenti Klaudiya Şeinbaumla görüşlərin baş tutub-tutmayacağı barədə suala cavab olaraq qeyd edib ki, hələlik görüşlərin dəqiq təqvimi üzərində iş aparılır və bu barədə əlavə məlumat yaxın vaxtlarda veriləcək.

Qeyd edək ki, G7 sammiti iyunun 15-dən 17-dək Kanadanın Alberta əyalətində keçiriləcək. Sammitdə dünya gündəmində olan əsas siyasi, iqtisadi və təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti