Bakı. Trend:
ABŞ artan təhlükəsizlik riskləri fonunda İraqdakı səfirliyinin əməkdaşlarının bir hissəsini təxliyə etməyi planlaşdırır.
Trend-in “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, Vaşinqton eyni zamanda Bəhreyndə yerləşən amerikalı hərbi qulluqçuların ailə üzvlərinin də müvəqqəti olaraq ölkəni tərk etməsi imkanını nəzərdən keçirir.
ABŞ Dövlət Departamentinin yaxın günlərdə Bağdaddakı diplomatik missiyanın bəzi əməkdaşlarının ölkədən çıxarılmasını rəsmən elan edəcəyi gözlənilir.
İraq Xarici İşlər Nazirliyi də qismən təxliyə qərarını təsdiqləyib. Nazirlik bu addımın bölgədəki potensial təhdidlər və artan ümumi gərginliklə əlaqədar atıldığını bildirib.