Bakı. Trend:
Harvard Universiteti Almaniyanın Mədəniyyət və Media naziri Volfram Veymerin ölkəsində “sürgündə kampus” yaratmaqla bağlı təklifini qəbul etməyib.
Trend-in “Der Spiegel” jurnalına istinadən verdiyi məlumata görə, universitetin sözçüsü bildirib: “Hazırda ABŞ-dən kənarda kampus açmaq Harvard üçün seçim deyil”.
Xatırladaq ki, Volfram Veymer bu təşəbbüslə Almaniyada söz və fikir azadlığını təşviq etmək məqsədilə çıxış etmişdi. Təklif, bəzi akademik dairələrdə ABŞ universitetlərinin Avropada da mövcudluğunu gücləndirməsi yönündə çağırış kimi qiymətləndirilirdi.