...

ABŞ-də partlayıcı zavodunda kimyəvi sızma baş verib

Dünya xəbərləri Materials 12 İyun 2025 06:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Ohayo ştatının Vinton dairəsində yerləşən “Austin Powder” partlayıcı maddə zavodunda baş verən kimyəvi sızmadan sonra təcili təxliyə elan olunub.

Trend-in NBC4 telekanalına istinadən verdiyi məlumata görə, sızma nəticəsində Zaleski və Makartur qəsəbələrində yaşayan təxminən 750 nəfər sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

İlkin məlumatlara əsasən, sızmanın həcmi 11,36 kubmetr təşkil edib və nəticədə havada zəhərli azot oksidi əmələ gəlib.

Hazırda yerli hakimiyyət orqanları hadisənin fəsadlarının aradan qaldırılması üçün zəruri tədbirlər görür. Mütəxəssislər havanın keyfiyyətini yoxladıqdan sonra sakinlərin evlərinə qayıtmasına icazə veriləcək.

Xəbər lenti

Xəbər lenti