Bakı. Trend:
İrana hücum İsrail tərəfindən atılmış bir tərəfli addımdır.
Trend xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte bəyan edib.
“Bu İsrail tərəfindən təktərəfli şəkildə atılmış addımdır. NATO üzrə müttəfiqlər və ilk növbədə ABŞ gərginliyin aşağı salnmasına vasitəçilik etməlidirlər, mən bilirəm ki, onlar artıq bunu etməkdədirlər”, - deyə o bildirib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.