Bakı. Trend:
İran-İsrail gərginliyi fonunda Birləşmiş Ərəb Əmirliyinə aid “FlyDubai” loukosteri İsrail, İordaniya, İraq, İran, Livan və Suriyaya uçuşların dayandırdığını elan edib. Bölgədəki eksalasiya ilə əlaqədar bəzi reyslər təxirə salınıb və ya başqa istiqamətlərə yönləndirilib.
Trend xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.