...

İranın HHQ-nin əsas zabit heyəti zərərsizləşdirilib - İsrail

Dünya xəbərləri Materials 13 İyun 2025 14:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana endirdiyi ərbələr nəticəsində ölkənin hava qüvvələrinin komandirlərinin çoxu zərərsizləşdirilib.

Trend “Ynet”ə istinadən xəbər verir ki, bu haqda İsrail ordu zabitlərinin müdafiə naziri İsrael Katsa təqdim etdiyi hesabatda deyilir.

“İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, İnqilab Keşikçiləri Korpusunun hərbi hava qüvvələrinin yüksək vəzifəli şəxslərinin çoxu yeraltı qərargahda keçirdikləri görüş zamanı öldürülüblər”, - deyə məlumatda qeyd olunur.

Katsa hesabatı İsrail Müdafiə Qüvvələrinin baş qərargahının nümayəndəsi Eyal Zamir və “Mossad” direktoru David Barnea təqdim edib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti