...

İsrailin bütün diplomatik missiyaları fəaliyyətini dayandırıb

Dünya xəbərləri Materials 13 İyun 2025 15:40 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İranın nüvə obyektlərinə zərbələri fonunda İsrailin Moskvadakı səfirliyi ölkənin bütün dünya üzrə diplomatik missiyalarının fəaliyyətini dayandırdığını elan edib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, buna qədər İsrailin bütün səfirliklərinin ən yüksək hazırlıq səviyyəsinə gətirilib. Mümkün etirazlarla bağlı, narahatlıqlarla əlaqədar İsrail hökuməti diplomatik missiyaların yerləşdiyi ölkələrin hökumətlərindən həmin ərazilərin mühafizəsinin gücləndirilməsi ilə əlaqədar tədbirlərin görülməsini xahiş edib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti