...

İran hökuməti fövqəladə iclas keçirib

Dünya xəbərləri Materials 13 İyun 2025 19:34 (UTC +04:00)
İran hökuməti fövqəladə iclas keçirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran hökuməti İsrailin endirdiyi zərbələrə görə təcili iclas keçirib.

Trend xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkiyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iclasda ölkədəki mövcud vəziyyət təhlil edilərək, bütün icra hakimiyyəti orqanlarının əhalinin əsas tələbatının yanacaq, dərman və digər zəruri mallarla təmin edilməsinə hazır olduqları bildirilib, bu vəzifələrin icrası ilə bağlı planlaşdırma işləri də aparılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti