Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İran rəsmilərinin ona zəng edərək Tehranın nüvə proqramı ilə bağlı razılaşma əldə etməyi xahiş etdiklərini açıqlayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, Tramp bu haqda “NBC News” telekanalının efirində bildirib.
Tramp əlavə edib ki, İsrailin zərbələrindən sonra İran İslam Respublikasının rəsmiləri ona bu cür təkliflərlə müraciət edirlər.
"Mənlə sövdələşmə haqqında danışmaq üçün zəng edirlər. Baxacağıq”, - o əlavə edib.