Bakı. Trend:
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi italiyalı həmkarı Antonio Tajani ilə telefon danışığı aparıb.
Trend-in məlumatına görə, söhbət zamanı Əraqçi vurğulayıb ki, İran hökuməti və xalqı beynəlxalq ictimaiyyətin, xüsusilə də Avropa İttifaqının İsrailin hücumlarını kəskin şəkildə pisləməsini gözləyir. O, eyni zamanda bildirib ki, İranın cavabı “möhkəm və qəti” olacaq.
Öz növbəsində İtaliyanın xarici işlər naziri Antonio Tajani tərəfləri təmkin nümayiş etdirməyə çağırıb və İtaliyanın regionda sülh və sabitliyin təmin olunması məqsədilə dialoqun bərpasına dəstək verməyə hazır olduğunu qeyd edib.