...

Konqoda göldə üç qayığın batması nəticəsində 50-dən çox insan ölüb

Dünya xəbərləri Materials 14 İyun 2025 02:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Konqo Demokratik Respublikasının qərbində yerləşən Tumba gölündə üç qayığın eyni vaxtda batması nəticəsində azı 52 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Hadisə Ekvatorial əyalətində, Bikoro şəhəri yaxınlığında baş verib. Bildirilir ki, qayıqlar mümkün qədər çox sərnişin götürmək məqsədilə bir-birinə bağlanmış vəziyyətdə hərəkət edirmiş.

Agentliyin məlumatına görə, hadisə zamanı qayıqlarda təxminən 200 nəfər olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Zərərçəkənlərin və itkin düşənlərin dəqiq sayı hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti