Bakı. Trend:
İranın paytaxtı Tehranın mərkəzində yerləşən Mehrabad hava limanı yaxınlığında partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə məlumatı İran KİV-ləri yayıb.
Yayılan görüntülərdə partlayış yerindən qalxan qatı tüstü müşahidə olunur. Hadisə nəticəsində hava limanına heç bir ziyan dəymədiyi bildirilib.