Bakı. Trend:
İranın son raket hücumu zamanı düşən raketlərdən biri İsrailin Tel-Əviv şəhərində bir hündürmərtəbəli binanın tamamilə çökməsinə səbəb olub.
Trend xəbər verir ki, bu barədə İsrailin Daxili Cəbhə Komandanlığı məlumat yayıb.
Hadisənin təfərrüatları və insan tələfatı barədə hələlik məlumat verilməyib.
Tel-Əviv polisinin şəhərdə raket zərbələri altında qalan ərazilərdə axtarış-xilasetmə işləri apardığı bildirilib.