Bakı. Trend:
İranın son raket hücumu zamanı raketlərdən biri Təl-Əvivdə çoxmərtəbəli binanı tamamilə dağıdıb.
Bu barədə Trend İsrail Daxili Cəbhə Komandanlığına istinadən məlumat yayıb.
Hadisənin təfərrüatları və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Eyni zamanda, Təl-Əviv polisi şəhərin raket atəşinə məruz qalan ərazilərində axtarış-xilasetmə əməliyyatları aparır.