Bakı. Trend:
İranın İsrailə endirdiyi ballistik raket zərbələri nəticəsində 4 nəfər ölüb, 70-dən çox insan yaralanıb.
Trend xəbər verir ki, bu barədə “Jerusalem Post” nəşri məlumat yayıb.
Zərərçəkənlərlə yanaşı, raket zərbələrinin Təl-Əviv və Ramat-Qanda geniş-miqyaslı dağıntılara səbəb, dağıntılar altında daha çox insanın qala biləcəyi ilə bağlı narahatlıqların olduğu deyilir.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dən çox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.