Bakı. Trend:
İranın Rişon Lezion şəhərində endiyi ballistik raket zərbəsi nəticəsində çökmüş binanın dağındıları altında 3 aylıq körpə sağ çıxarılıb.
Trend xəbər verir ki, bu barədə “Times of İsrael” nəşri məlumat yayıb.
Məlumata görə, tibbi yardım göstərilən körpə yüngül xəsarət alıb.
"Körpəni qucağıma aldım və ilk gördüyüm polis əməkdaşına təhvil verdim, sonra isə digər ailə üzvlərini çıxarmağa başladım", – deyYanğın və Xilasetmə Xidmətinin kapitanı İdan Valla yerli KİV-ə bildirib.
"Biz bütün bunları etdiyimiz zaman üst mərtəbədə və qonşu evdə insanlar köməksiz qalmışdı. Qarşı tərəfdə isə yanğın davam edirdi və mən bütün bu xaosun içində vəziyyəti idarə etməyə çalışırdım", – deyə o əlavə edib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dən çox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.