Bakı. Trend:
ABŞ-nin Los-Anceles şəhərində avtomobilin gecə klubuna girmək üçün gözləyən izdihamın üstünə sürülməsi nəticəsində 30 nəfər xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə məlumat şəhərin yanğınsöndürmə xidmətinin rəsmi saytında yer alıb.
“7 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti ağır, 10 nəfərin vəziyyəti isə qənaətbəxşdir”, - nəşrdə deyilir.
Daha 7 nəfər isə hadisə yerində müayinə olunduqdan sonra xəstəxanaya aparılmaqdan imtina edib.
Yanğınsöndürmə idarəsinin sözçüsü Kapitan Adam bildirib ki, sürücü əvvəlcə ərzaq daşıyan maşına və valet dayanacağına çırpılıb, daha sonra isə nəzarəti itirərək birbaşa izdihamın üzərinə sürüb.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobil insanların üzərinə sürdükdən sonra yoldan keçənlər sürücünü avtomobildən çıxararaq ona hücum ediblər. Nəticədə baş verən dava zamanı sürücü güllələnib və həyatını itirib.
Hadisə ilə bağlı istintaq davam edir.
