Bakı. Trend:
Dağıstanın Qunibski rayonu ərazisində yük maşınının aşması nəticəsində 20-dən çox insan xəsarət alıb, onlardan 18-i uşaqdır.
Trend xəbər verir ki, bu barədə Dağıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, zərərçəkənlərin helikopterlə Mahaçqaladakı xəstəxanalara çatdırılması planlaşdırılır.
Hadisə ilə bağlı Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb. İstintaqın detalları araşdırılır.