...

Almaniyanı elektrik enerjisi çatışmazlığı gözləyir

Dünya xəbərləri Materials 20 İyul 2025 04:38 (UTC +04:00)
Almaniyanı elektrik enerjisi çatışmazlığı gözləyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya yaxın illərdə elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər. Səbəb isə alternativ enerji mənbələrinin ölkənin artan tələbatını ödəməyə kifayət etməməsidir.

Trend xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, Almaniya İqtisadiyyat Nazirliyi və sənaye dairələri külək və günəş enerjisi stansiyalarının inkişafı ilə bağlı strategiyanın yetərincə effektiv olmadığına dair ciddi narahatlıq keçirirlər.

Statistikaya əsasən, ötən il Almaniyada müəssisələr və ev təsərrüfatları ümumilikdə 464 teravat-saat (TVt-saat) elektrik enerjisi istehlak edib. 2035-ci ilə qədər bu rəqəmin 1000 TVt-saata qədər artacağı proqnozlaşdırılır.

Əlavə olaraq, Almaniya hökuməti ən geci 2038-ci ilə qədər kömür enerjisindən tamamilə imtina etməyi planlaşdırır. Bu isə ölkənin enerji təchizatı ilə bağlı riskləri daha da artırır.

Xəbər lenti

Xəbər lenti