...

ABŞ-də qeyri-qanuni miqrantlar üçün böyük çadır düşərgələri qurulacaq

Dünya xəbərləri Materials 20 İyul 2025 04:13 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti müvəqqəti saxlama mərkəzləri kimi istifadə ediləcək böyük çadır düşərgələri qurmaqla qeyri-qanuni miqrantların saxlanması və deportasiyasını sürətləndirməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, ABŞ-də 2025-ci ilin sonunadək saxlama yerlərinin – çarpayıların sayının 100 000-ə çatdırılması nəzərdə tutulur. Donald Tramp administrasiyası hesab edir ki, deportasiya prosesini ləngidən əsas səbəb hazırkı müvəqqəti saxlama mərkəzlərində yer çatışmazlığıdır.

Hazırda ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi ölkə üzrə 200-dən çox immiqrasiya təcridxanasını idarə edir. Yeni plan çərçivəsində bu rəqəmin daha da artırılması və düşərgələrin daha çevik şəkildə idarə olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti