...

İranın şimalında 5,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 20 İyul 2025 02:31 (UTC +04:00)
İranın şimalında 5,2 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimalında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin episentri təxminən 244 min nəfər əhalisi olan Qorqan şəhərindən 46 km şərqdə, 7 km dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılarla bağlı məlumat verilməyib. Yerli qurumlar vəziyyəti nəzarətdə saxlayır.

Xəbər lenti

Xəbər lenti