Bakı. Trend:
"Hörümçək-adam: Kainatdan kənarda" adlı cizgi filminin premyerası bir daha təxirə salınıb.
Trend xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb. Bildirilir ki, filmin təqdimatı 2027-ci il iyunun 25-nə keçirilib.
Qeyd edək ki, cizgi filminin nümayişi daha əvvəl 2024-cü ilin martına, sonra isə 2024-cü il iyunun 4-nə planlaşdırılmışdı.
Xatırladaq ki, franşizanın ilk filmi "Ən yaxşı animasiya filmi" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.