...

İstanbul hava limanı ardıcıl ikinci dəfə dünyanın ən yaxşısı seçildi

Dünya xəbərləri Materials 20 İyul 2025 05:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İstanbul hava limanı ardıcıl ikinci dəfə dünyanın ən yaxşı beynəlxalq aeroportu elan edilib.

Trend xəbər verir ki, bu göstərici ABŞ-ın “Travel and Leisure” jurnalının keçirdiyi “Dünyanın ən yaxşı on beynəlxalq hava limanı” sorğusunun nəticələrinə əsasən müəyyən olunub.

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, İstanbul hava limanının bu uğuru Türkiyənin qlobal nəqliyyat mərkəzinə çevrilməsinin göstəricisidir.

Nazir onu da qeyd edib ki, iyulun 18-də 1695 hava hərəkəti həyata keçirilməklə İstanbul hava limanı açıldığından bəri ən yüksək gündəlik uçuş göstəricisinə imza atıb.

Xəbər lenti

Xəbər lenti