...

Hindistan yerli istehsal çipi buraxacaq

Dünya xəbərləri Materials 20 İyul 2025 08:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan 2025-ci ildə ilk yerli istehsal olunan yarımkeçirici çipi buraxacaq.

Trend xəbər verir ki, bu barədə Hindistanın elektronika və informasiya texnologiyaları naziri Aşvini Vaişnav açıqlama verib.

Nazirin sözlərinə görə, Hindistan artıq yarımkeçirici çiplərin istehsalına başlayır və bu sahədə mühüm addımlar atılıb:

“Artıq altı yarımkeçirici fabrikin tikintisi təsdiqlənib və bu müəssisələrin inşası davam edir. Hindistanda istehsal olunan ilk çip 2025-ci ildə buraxılacaq”.

Vaişnav həmçinin əlavə edib ki, Hindistan qlobal yarımkeçirici bazarında əhəmiyyətli yer tutmağa hazırlaşır və bu sahədə ciddi potensiala malikdir.

Xəbər lenti

Xəbər lenti