...

İtaliyada inflyasiya göstəricisi artıb

Dünya xəbərləri Materials 20 İyul 2025 09:30 (UTC +04:00)

Bakı. Trend:

İyun ayında İtaliyada inflyasiya səviyyəsi 1,7 faiz təşkil edib.

Trend xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb.

Bildirilir ki, ötən ay istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 0,1 faiz, 2024-cü ilin eyni ayı ilə müqayisədə isə 1,5 faiz artıb. Lakin buna baxmayaraq, inflyasiya göstəricisi Avropa Mərkəzi Bankının 2 faizlik hədəfindən aşağıdır.

İyun ayında İtaliyada məhsul və xidmətlər sektorları arasında inflyasiya fərqi əvvəlki ayla müqayisədə dəyişməyərək 1,8 faiz bəndi təşkil edib. Ərzaq, məişət və fərdi qulluq məhsullarının qiymətləri 2,8 faiz artıb. Rüblük müqayisədə iyunda qiymət artımı əsasən nəqliyyatla bağlı xidmətlərdə qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti