Bakı. Trend:
Honq-Konqda "Vipha" tayfununun gətirdiyi leysan yağışlar nəticəsində azı 21 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, yanğınsöndürmə xidmətinə ağacların aşması ilə bağlı 246 müraciət daxil olub.
“Bu gün 13 kişi və 8 qadın tayfunla bağlı insidentlərə görə dövlət xəstəxanalarına təcili yardım üçün müraciət edib,” – məlumatda qeyd olunub.
Eyni zamanda, müxtəlif ərazilərdə yaradılmış 34 müvəqqəti sığınacaqda 242 nəfərin qorunması təmin olunub.