...

Bolqarıstanlı sürücünün avtomobili "GT World Europe" yarışında yanıb

Dünya xəbərləri Materials 21 İyul 2025 03:24 (UTC +04:00)
Bolqarıstanlı sürücünün avtomobili "GT World Europe" yarışında yanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanlı sürücü Georgi Donçevin avtomobili İtaliyanın Misano şəhərində keçirilən “GT World Europe” yarı seriyasının növbəti raundunda qəza nəticəsində yanıb.

Trend xəbər verir ki, insident zamanı Donçevin idarə etdiyi "Lamborghini Huracán GT3 Evo 2" avtomobili rəqibi ilə toqquşmadan sonra maneəyə çırpılıb və alovlanıb. Sürücü dərhal avtomobildən çıxaraq hadisə yerindən uzaqlaşıb və xəsarət almayıb.

Qəza səbəbindən trasda yarış müvəqqəti dayandırılıb və qırmızı bayraqlar qaldırılıb.

Xəbər lenti

Xəbər lenti