...

Siciliyada meşə yanğınlar başlayıb

Dünya xəbərləri Materials 21 İyul 2025 03:48 (UTC +04:00)
Siciliyada meşə yanğınlar başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Siciliya adasında meşə yanğınları baş verib.

Trend xəbər verir ki, adanın qərb hissəsində bir neçə bölgədə başlayan yanğınların bəzi kiçik yaşayış məntəqələri üçün təhlükə yaratdığı bildirilir.

Yanğınların söndürülməsinə mülki müdafiə qüvvələri ilə yanaşı, təyyarə və helikopterlər də cəlb olunub. Hadisələr əsasən Palermo, Trapani və Kataniya bölgələrində qeydə alınıb.

Yanğınsöndürmə işləri güclü külək səbəbindən çətinləşir. Bu səbəbdən Siciliya Regional Mülki Müdafiə Departamenti iyulun 21-i üçün güclü yanğın riski ilə bağlı qırmızı xəbərdarlıq elan edib.

Xəbər lenti

Xəbər lenti