...

İranda partlayışı zamanı 18 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 21 İyul 2025 04:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhərində güclü qaz partlayışı nəticəsində ikimərtəbəli bina uçub.

Trend xəbər verir ki, bu barədə “Mashreq News” agentliyi şəhər bələdiyyəsinin Yanğından Mühafizə Xidmətinin rəhbəri Şəhram Momeniyə istinadla məlumat yayıb.

“Bir neçə saat əvvəl Rəşt şəhərinin Bahonar küçəsində baş verən qaz partlayışı nəticəsində zərgərlik mağazası, xarici dil məktəbi və oyun klubunun yerləşdiyi ikimərtəbəli bina tamamilə dağılıb. Hadisə nəticəsində azı 18 nəfər xəsarət alıb,” – deyə o bildirib.

Xilasedicilər dağıntılar altından insanların çıxarılması üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti