Bakı. Trend:
Rusiyanın Yakutiya vilayətində baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində avtobus 25 metr hündürlükdən uçuruma yuvarlanıb, nəticədə 14 nəfər həyatını itirib, 7 nəfər isə yaralanıb.
Trend xəbər verir ki, avtobusda ümumilikdə 36 nəfər olub. Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi bildirib ki, nəqliyyat vasitəsi şərq istiqamətindən uçuruma aşıb.
Hadisə yerində axtarış-xilasetmə və təxliyə işlərinə 36 mütəxəssis və 10 texnika cəlb olunub.
Məlumata görə, avtobus “Vostochnaya Denisovskaya” mədənində çalışan işçiləri daşıyırmış. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.