...

Cənubi Koreyada daşqınlar nəticəsində ölənlərin sayı 18-ə çatıb

Dünya xəbərləri Materials 21 İyul 2025 07:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada güclü yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 18-ə yüksəlib.

Trend xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, 9 nəfər hələ də itkin düşmüş sayılır, təhlükə zonasından 14 minə yaxın insan təxliyə edilib.

Cənubi Koreya Milli Meteorologiya Agentliyinin proqnozuna görə, bəzi əyalətlərdə yağıntıların yaxın günlərdə daha da artacağı gözlənilir. Hakimiyyət orqanları və fövqəladə xidmətlər vəziyyəti nəzarətdə saxlamaq üçün tədbirləri gücləndiriblər.

Xəbər lenti

Xəbər lenti