Bakı. Trend:
Almaniya Ukraynaya hərbi yardım çərçivəsində 5 milyard avroya "Patriot" raket sistemləri almağı nəzərdən keçirir.
Trend xəbər verir ki, bu barədə Almaniya üçün Alternativ Partiyasının (AfD) sədri və Bundestaqın deputatı Alisa Vaydel ARD telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, kansler Fridrix Merz hökuməti ümumilikdə Almaniya vergi ödəyicilərinin vəsaitlərindən 9 milyard avronu Ukraynaya yönəltmək niyyətindədir.
"Hökumətimiz indi Ukrayna üçün 5 milyard avroya 'Patriot' raketləri almaq istəyir. Bunu artıq heç kim başa düşmür", – deyə Vaydel bildirib.
ARD telekanalı qeyd edir ki, rəsmi mənbələr bu məlumatı hələ təsdiqləməyib. Lakin Almaniya Müdafiə Nazirliyinin açıqlamasına görə, Ukraynaya ayrılacaq maliyyə yardımı çərçivəsində uzaqmənzilli silahların istehsalı, hava hücumundan müdafiə sistemlərinin tədarükü və digər hərbi texniki dəstəklər də nəzərdə tutulur.